logo
logo logo
logo

Ana, həyat yoldaşı və azyaşlı övladı pəncərədən yıxıldı

23:05 - 02 Oktyabr 2026

Ana, həyat yoldaşı və azyaşlı övladı pəncərədən yıxıldı

Türkiyənin Qaziantep şəhərində psixoloji problemləri olduğu iddia edilən qadın, həyat yoldaşı və azyaşlı övladı yaşadıqları binanın ikinci mərtəbəsindəki mənzilin pəncərəsindən yerə düşüb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində xəstəxanaya çatdırılan qadın həyatını itirib. Həyat yoldaşı və uşağın müalicəsinin davam etdiyi bildirilib.

Hadisə Şahinbəy rayonunun Əbdülhəmid Xan məhəlləsində baş verib. İddiaya görə, psixoloji problemləri olduğu bildirilən 31 yaşlı S.Y. yaşadıqları evin ikinci mərtəbəsindəki pəncərədən aşağı düşüb.

Qadından sonra onun 36 yaşlı həyat yoldaşı M.Y. və 5 yaşlı övladı L.C. də pəncərədən yerə düşüb.

Hadisəni görən bina sakinlərinin məlumat verməsindən sonra əraziyə çox sayda jandarm və təcili tibbi yardım briqadası göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az