logo
logo logo
logo

Bakıda market və avtomobildən oğurluq etdilər - Saxlanıldılar

18:54 - 03 Oktyabr 2026

Bakıda market və avtomobildən oğurluq etdilər - Saxlanıldılar

Paytaxtın Səbail və Yasamal rayonlarında qeydə alınan oğurluq faktları ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.


DİN-in Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, Səbail rayonunda yerləşən marketlərə müştəri qismində daxil olaraq ümumilikdə 1 400 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən A.İlyasov müəyyən olunaraq saxlanılıb.

Yasamal rayonunda isə avtomobilin qapısının açıq qalmasından istifadə edərək nəqliyyat vasitəsinin salonundan mobil telefon və pul kisəsi oğurlamaqda şübhəli bilinən Ş.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az