logo
logo logo
logo

Rusiyada kimya zavodunda YANĞIN - 5 nəfər öldü

19:29 - 03 Oktyabr 2026

Rusiyada kimya zavodunda YANĞIN - 5 nəfər öldü

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb.


Manset.az Report-a istinadən xəbər verir ki, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib.

Axtarış-xilasetmə əməliyyatları və yanğının fəsadlarının aradan qaldırılması başa çatıb.

Yanğın oktyabrın 1-də axşam Sergiyev Posad şəhər dairəsində zavodun istehsalat binalarından birində baş verib. Yanğın 1 000 kvadrat metr ərazini əhatə edib, 2 000 kvadrat metr ərazidə isə struktur çökməsi baş verib.

Binadan 40 nəfər təxliyə edilib.

Yanğının səbəbi və başvermə şəraiti araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az