"20 Yanvar qurbanlarını hörmətlə anırıq" - Litva Prezidenti (FOTO)

18:52 - 20 Yanvar 2023

\"20 Yanvar qurbanlarını hörmətlə anırıq\" - Litva Prezidenti (FOTO)

"Qara Yanvar faciəsi - Sovet qoşunlarının hücumu nəticəsində amansız qətliamın qurbanlarını hörmətlə anırıq".

 

Manset.az xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda tviterdəki paylaşımında qeyd edib.

Litva lideri vurğulayıb ki, sovet ordusunun Azərbaycan istiqlal hərəkatını darmadağın etmək cəhdləri baş tutmadı.

"Hazırda 33 ildən sonra Ukraynada eyni amansız cinayətlər törədilir. Onlar heç zaman uğur qazana bilməyəcəklər" - Nauseda bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv