MTV Azərbaycan 13 yaşını qeyd edir

15:40 - 11 May 2025

MTV Azərbaycan 13 yaşını qeyd edir

Bu gün Azərbaycan efir məkanında milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə sadiqliyi və özünəməxsus efir dəsti-xətti ilə seçilən MTV Azərbaycan telekanalının yaranmasının 13 ill tamam olur.


Manset.az xəbər verir ki, 2012-ci ildən etibarən fəaliyyətə başlayan MTV Azərbaycan ötən illər ərzində həm peşəkar komandasının zəhməti, həm də tamaşaçı sevgisi sayəsində ölkənin media məkanında özünəməxsus yerini möhkəmləndirib. Kanal efir siyasətində milli maraqlara, dövlətin informasiya təhlükəsizliyinə və cəmiyyətin maariflənməsinə xüsusi önəm verir.

Xəbərlər , mədəniyyət, musiqi,əyləncə və ictimai-sosial mövzuları əhatə edən proqramlarla tamaşaçıların görüşünə gələn MTV Azərbaycan, eyni zamanda dövlətçilik dəyərlərinin təbliğinə, milli kimliyin və ictimai məsuliyyətin qorunmasına önəm verir.

13 illik fəaliyyətində bir çox uğurlu layihələrə imza atan və daim inkişaf edən MTV Azərbaycan bu gün də öz peşəkarlığı ilə fərqlənir və Azərbaycan televiziya məkanında nüfuzlu mövqeyini möhkəmləndirir.

Doğum günün mübarək, MTV Azərbaycan! Dövlətçilik yolunda, milli dəyərlər işığında daha böyük uğurlar və parlaq gələcək arzulayırıq!


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv