logo
logo logo
logo

“Bitcoin” haqqında şok proqnoz - 190 min dolları keçə bilər

01:00 - 05 Oktyabr 2026

“Bitcoin” haqqında şok proqnoz - 190 min dolları keçə bilər

Hazırda 85 min dollar civarında olan “Bitcoin”in 190 min dolları keçə biləcəyi ilə bağlı yeni ssenari ortaya qoyulub.

Manset.az Lent.az-a istinadən xəbər verir ki, bu hesablamaya görə, bunun üçün qızılın bir unsiyasının qiyməti 4760 dollara yüksəlməlidir.

“Strive Investment” şirkətinin vitse-prezidenti Adam Livingstonun hesablamasına əsasən, qızılın qiyməti 15 faiz artaraq 4760 dollara çatmalı və “Bitcoin”/qızıl nisbəti 2024-cü ilin dekabrında qeydə alınan zirvəyə qayıtmalıdır.

Hər iki şərt reallaşarsa, “Bitcoin”in qiyməti təxminən 190860 dollara çata bilər.

Qeyd edək ki, “Bitcoin”/qızıl nisbəti 2024-cü ilin dekabrında 40 səviyyəsində olub. Hazırda bu göstərici 20,4-ə düşüb və “Bitcoin”in qızıla nisbətdə dəyəri həmin zirvə ilə müqayisədə təxminən 49 faiz geriləyib.

Livingstonun ssenarisi “Bitcoin”in 2025-ci ilin oktyabrında qeydə aldığı 126 min dollarlıq tarixi maksimumdan təxminən 51 faiz yüksək qiymətə çatmasını nəzərdə tutur. Bununla belə, digər bazar proqnozları daha ehtiyatlıdır. Məsələn, “Citi”nin “Bitcoin” üçün 12 aylıq hədəfi 113 min dollar təşkil edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az