logo
logo logo
logo

İtaliyada düşərgədə yanğın oldu - 10-dan çox insan xəsarət aldı

14:22 - 04 Oktyabr 2026

İtaliyada düşərgədə yanğın oldu - 10-dan çox insan xəsarət aldı

İtaliyanın Qarda gölü yaxınlığındakı çadır düşərgəsində baş verən yanğın nəticəsində 10-dan çox insan xəsarət alıb.


Manset.az xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Hadisə səhər saatlarında Veneto regionunun Peskiera-del-Qarda şəhərində baş verib.

Məlumata görə, yanğın 20 mobil evə yayılıb. Onlardan 24-dən çox insan təxliyə edilib. Şahidlərin sözlərinə görə, hadisə zamanı partlayış səsləri eşidilib.

Yanğının başvermə səbəbi hələlik müəyyənləşdirilməyib.

Hazırda yanğının söndürülməsi davam edir. İşləri ərazidə mayeləşdirilmiş qaz balonlarının və nəqliyyat vasitələrinin olması çətinləşdirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az