logo
logo logo
logo

Arıqlamaq istəyənlər suşidən imtina etməlidir? 

08:30 - 04 Oktyabr 2026

Arıqlamaq istəyənlər suşidən imtina etməlidir? 

Suşi və rulonlar tərkibində düyü, krem pendir və müxtəlif souslar olsa da, çəki azaltmaq istəyən insanların rasionunda yer ala bilər.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, texnoloq Aleksandra Krivolapın sözlərinə görə, düyü mürəkkəb karbohidratlar qrupuna daxildir və uzun müddət toxluq hissinin qorunmasına kömək edə bilər.

Mütəxəssis arıqlama dövründə düyü, nori və qızılbalıq, tuna balığı, krevet və ya avokado ilə hazırlanan rulonlara üstünlük verməyi tövsiyə edib. O bildirib ki, qızılbalıq zülal və omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələrin kollagenin parçalanması prosesini ləngitdiyi qeyd olunur.

Bununla belə, bütün rulonların eyni qida dəyərinə malik olmadığı vurğulanıb. Xüsusilə qızardılmış rulonlar və üzərinə müxtəlif souslar əlavə edilərək sobada hazırlanan variantlar daha yüksək kalorili ola bilər.

Əgər məqsəd daha çox balıq qəbul etmək və eyni zamanda düyünün miqdarını azaltmaqdırsa, bu halda saşimi seçimlərindən yararlanmaq olar.

Krivolap miso şorbasının da rasiondan tamamilə çıxarılmasının vacib olmadığını bildirib. O əlavə edib ki, bu şorba nisbətən az kalorili olmaqla yanaşı, tərkibində zülal, lif və probiotiklər də ehtiva edə bilər. Miso şorbasının hazırlanmasında tofu, dəniz yosunları və göbələklərdən istifadə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az