“Açıq mikrofon” daha 4 rayonda - FOTO

14:38 - 21 Yanvar 2023

“Açıq mikrofon” daha 4 rayonda - FOTO

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

 

Manset.az xəbər verir ki, növbəti həftə (23-24.01.2023 və 26-27.01.2023 tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.

Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Balakən rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü saat 14:00-dan 15:00-dək Qax rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək Zaqatala rayonunda (Mədəniyyət Evi), 5-ci günü saat 11:00-dan 12:00-dək Qəbələ rayonunda (Zərifə Əliyeva Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin