"Əvvəllər Türkiyə və Polşa səfirliklərində işləyib" - Şəhid Orxan Əsgərovun qohumu (VİDEO)

16:10 - 27 Yanvar 2023

"Qaynımın oğlu idi. Gözəl insan idi. Xəbəri səhər saat 9-da eşitdik. Televiziyada məlumat verildi ki, bir nəfər ölkəmizin oradakı Səfirliyinə hücum edib. O, qabağa çıxıb. Həmin anda avtomatla vurulub". 

 

Manset.az xəbər verir ki, bu sözləri İTV-yə açıqlamasında Azərbaycanın İrandakı Səfirliyinə edilən hücum nəticəsində şəhid olmuş Orxan Əsgərovun qohumu deyib. O, şəhidin əvvəllər Türkiyə və Polşa səfirliklərində də çalışdığını qeyd edib. 

Məlumat üçün bildirək ki, bu gün Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin