Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,4 bal gücündə zəlzələ ilə bağlı ABŞ-dan açıqlama verilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ağ Evin Milli Təhlükəsizlik müşaviri Cek Sallivan Türkiyəyə kömək etməyə hazır olduqlarını bildirərək, bu mövzuda ABŞ prezidenti Co Baydenin göstəriş verdiyini bildirib:
“ABŞ bu gün Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələ xəbərindən dərin narahatdır. Biz lazım olan hər cür yardımı göstərməyə hazırıq. Prezident Bayden ABŞ-a ən çox zərər çəkənlərə kömək etmək üçün cavab variantlarını nəzərdən keçirməyi tapşırıb”.
Manşet.az