Rusiyanın Bryansk bölgəsinə edilən hücumdan sonra Kremlin hücumların ABŞ-ın dəstəyi ilə həyata keçirildiyi iddiasına Pentaqon sərt reaksiya verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü briqada generalı Patrik Rayder ABŞ-ın Rusiya ərazisindəki hədəflərə hücum etmək üçün Ukraynaya kəşfiyyat məlumatı verdiyini təkzib edib.
Rayder mövzu ilə bağlı bunları deyib:
"Mən Rusiya rəsmilərinin ABŞ-ın hər şeydən əvvəl bu cür hücumları təşkil etmək üçün bir şəkildə məlumat verdiyini iddia edən bəzi xəbərləri görmüşəm. Biz ukraynalılara hara zərbə vurmağı demirik. Açıq deyim ki, bizim ukraynalılara Rusiya daxilindəki yerləri hədəfə almaq üçün kəşfiyyat və ya məlumat verməyimiz cəfəngiyyatdır. Biz nə Rusiya ilə müharibə aparırıq, nə də Rusiya ilə müharibə etmək niyyətindəyik”.
Manşet.az