TƏBİB silahlı insidentdə yaralananlarla bağlı məlumat yaydı

19:17 - 10 Mart 2023

TƏBİB silahlı insidentdə yaralananlarla bağlı məlumat yaydı

TƏBİB bu gün Bakıda baş verən atışma zamanı yaralanan şəxslərin səhhəti ilə bağlı yeni məlumat yayıb.

 

Qurumdan Manset.az-a verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir.

“Sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin əməliyyatı uğurla başa çatıb. Hazırda tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.

Sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 1983-cü il təvəllüdlü Tamerlan Hüseynovun müalicəsi tibb müəssisəsinin Travmatologiya şöbəsində davam etdirilir. Vəziyyəti stabildir” - məlumatda qeyd olunur.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin