“Yenə sizin dualarınıza ehtiyacım var” - Hacı Nuran

20:18 - 25 Mart 2023

“Yenə sizin dualarınıza ehtiyacım var” - Hacı Nuran

Aparıcı Hacı Nuran Hüseynovun səhhəti yenidən pisləşib.

 

Manset.az xəbər verir ki, o, bu barədə sosial media hesabında məlumat yayıb.

Aparıcı bildirib ki, müayinə üçün Almaniyaya gedib.

“Bu əziz günlərdə mənim səhhətim yenə şıltaqlıq etdi. Almaniyanın Düsseldorf şəhərində müayinəm və müalicəm davam edir. Özümü pis hiss etdim və həkimlər məni danladılar. Düzdür, mənim Bakıda da çox gözəl həkimlərim var. Hər biri də əvəzsizdir. Amma uzun illərdir, Düsseldorfda müalicə və müayinə olunduğumdan bu klinikanın ağxalatlı mələkləri məni bir kəlmədən başa düşürlər. Bu gün yenə Düsseldorfdayam və sizin dualarınıza ehtiyacım var! Müalicəm davam edir”, - deyə Hacı Nuran vurğulayıb.


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin