Qvatemalada Fueqo vulkanının fəaliyyəti ilə əlaqədar bölgədə 1054 nəfərin təxliyə edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Milli Fəlakətlərin Azaldılması Koordinasiya Agentliyindən edilən şərhdə, Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biri olan 3763 metr yüksəklikdəki Fueqo yenidən aktivləşdiyi, onun isti kül buludları səpdiyi bildirilir.
Açıqlamada isti kül buludlarının bölgədə 100 min insana təsir edə biləcəyi qeyd edilib.
Mülki müdafiə rəsmisi bəyan edib ki, vulkanın yaxınlığındakı 5 yaşayış məntəqəsindən 1054 nəfər təxliyə olunaraq müvəqqəti sığınacaqlara aparılıb.
2018-ci ildə Fueqo vulkanının püskürməsi nəticəsində 194 nəfər həyatını itirmiş, 234 nəfər isə itkin düşmüş hesab edilmişdi.
Manşet.az