Bakının bu ərazisində qaz olmayacaq

09:24 - 17 İyun 2025

Bakının bu ərazisində qaz olmayacaq

Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 8-ci Mədən qazpaylayıcı məntəqədən (QPM) ayrılan qaz xətlərində təmir işlərinin aparılması məqsədi ilə iyunun 17-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılcaq.

Qaz təchizatı dayandırılan müddətdə Bayıl qəsəbəsinin, A.Məmmədov, L.Babayev, Ə.Nəzmi, Z.Yusifzadə, Xanlar, Q.Abbasov, M.Useynov, E.İsmayılov, V.Muradov, F.Qurbanov, G.Əliyev, A.İsmayılov, Y.Mürsəlov, Y.Bədəlov, Ş.Allahverdiyev və O.Daşdəmirov küçələrinin, həmçinin Salyan yolu, E. Əzizov, Badamdar yolu, 2-ci Salyan döngəsi, Ə. Yaqubov, Buxta, "Jurnalist evi" MMC-nin, 20-ci Sahə, Nasosnu ərazilərinin qaz təchizatında fasilə yaranacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az