Milli Onkologiya Mərkəzinə köçürülən məşhur aparıcının son durumu AÇIQLANDI - YENİLƏNDİ

16:22 - 06 İyul 2023

Milli Onkologiya Mərkəzinə köçürülən məşhur aparıcının son durumu AÇIQLANDI - YENİLƏNDİ

“Natavan Babayevanın vəziyyəti yaxşıdır".

 

Manset.az xəbər verir ki, bunu  Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Oxu.Az-ın sorğusuna cavab olaraq deyib.

O bildirib ki, onun müayinələri davam etdirilir:

“Əhvalı yaxşıdır, özünü yaxşı hiss etdiyini deyir. Həkimlərimizin nəzarətindədir. O bu günə qədər müalicəsini Türkiyədə aparıb. Növbəti mərhələdə də müalicə pasiyentin öz seçiminə müvafiq qaydada davam etdiriləcək. Bu dəqiqə üçün vəziyyəti stabildir”.

Qeyd edək ki, məşhur jurnalist, teleaparıcı Natavan Babayeva uzun müddətdir ki, süd vəzinin xərçəngindən müalicə olunur.

13:32

“Pasiyent Onkologiya Mərkəzinə ağır vəziyyətdə gətirilib. Hazırda həkimlər tərəfindən müayinə edilir”.

Manset.az xəbər verir ki, bunu Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Oxu.Az-ın məşhur teleaparıcı Natavan Babayevanın durumu ilə əlaqədar sorğusuna cavab olaraq deyib.

O bildirib ki, N.Babayeva müalicəni Türkiyədə alırmış:

“Ağır vəziyyətdə müəssisəyə qəbul edilib. Həkimlərimiz əllərindən gələni edirlər. Pasiyent üçün nə lazımdırsa, hamısı ediləcək”.

13:14

Ötən gün xəstəxanaya yerləşdirilən jurnalist, teleaparıcı Natavan Babayeva normal palataya köçürülüb. Huşu özündə olan jurnalist başqa tibb müəssisələrindən birinə göndərilib.

Manset.az xəbər verir ki, bu barədə Oxu.Az-a “Liv Bona Dea” hospitalından məlumat verilib.

Bildirilib ki, həkim heyəti tərəfindən onun vəziyyəti stabilləşdirilib:

“O, ailəsinin dəstəyi ilə uzun illərdir müalicə aldığı onkoloji xəstəliklə əlaqədar zəruri tibb müəssisəsinə yerləşdirilib. Natavan Bayramova bizim hospitaldan çıxarılarkən özünü yaxşı hiss edirdi. Ona Allahdan şəfa diləyirik”.

09:58

Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Nətavan Babayeva reanimasiyaya yerləşdirilib.

Manset.az Gununsesi.info-ya istinadla bildirir ki, bir neçə ildir ki, onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşib.

Ailəsi onu paytaxtın Bonadea hospitalına yerləşdirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv