Türk Hava Yolları (THY) Hindistan və Pakistan arasında yaşanan gərginlik səbəbindən 7 may 2025 və 9 may 2025 tarixləri arasında Lahor və İslamabada planlaşdırılan uçuşları ləğv etdiyini açıqlayıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, THY-nin verdiyi açıqlamada sərnişinlərə əlavə hüquqlar təqdim edildiyi bildirilib.
Bu tarixlərdə Kəraçi, İslamabad və Lahor reysləri üçün qeydiyyatdan keçmiş sərnişinlərin istifadə edilməmiş biletləri pulsuz olaraq geri qaytarılacaq.