ABŞ-ın Arizona ştatında helikopterlə təyyarənin toqquşması nəticəsində 2 nəfər ölüb.
Manşet.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə ABC15 telekanalı hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Təyyarə və helikopter Çandler Haa Limanı yaxınlığında havada toqquşub. Toqquşmadan sonra helikopter qəzaya uğrayaraq yanıb və içərisində olan iki nəfər ölüb.