İranın atəşi nəticəsində İsraildə yaralananların sayı 16-ya çatıb.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə İsrailin milli təcili yardım xidməti “Magen David Adom” ("Davidin qırmızı qalxanı") xəbər yayıb.
“Həkimlər tibbi yardım göstərərək 16 zərərçəkmişi xəstəxanalara çatdırıblar”, - məlumatda deyilir.
Məlumata görə, zərərçəkənlərdən birinin vəziyyəti orta ağır qiymətləndirilir.
***
09:54
İranın atəşə tutması nəticəsində İsraildə azı 11 nəfər yaralanıb.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə İsrailin milli təcili yardım xidməti “Magen David Adom” ("Davidin qırmızı qalxanı") xəbər yayıb.
"Həkimlər tibbi yardım göstərib və 11 zərərçəkən xəstəxanalara çatdırılıb", - məlumatda deyilir.