DİQQƏT! Bu gün son gündür: Google milyonlarla hesabı siləcək

18:47 - 30 Noyabr 2023

DİQQƏT! Bu gün son gündür: Google milyonlarla hesabı siləcək

Google sabahdan 2 ildir istifadə olunmayan hesabları bağlamağa başlayacaq.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Geoogle məlumat yayıb.

Məlumatda bildirilir ki, istifadəçilər bu proses zamanı öz hesablarına daxil olsalar, silinmə təhlükəsi ilə üzləşməyəcəklər.

Qeyri-aktiv olan Google Disk, Sənədlər, Təqvim, Meet və Google Foto hesabları da bütün məzmunları ilə birlikdə silinəcək.

Qeyd edilib ki, silinmə riski olan hesablara, silinməsinə qədər bir neçə ay ərzində bir neçə bildiriş göndərilmişdi.

Google bildirir ki, bu dəyişiklik qeyri-aktiv hesabların cinayətkarlar tərəfindən oğurlanması və spam və ya digər zərərli məzmun üçün istifadə edilməsi riskini azaltmaq üçün lazımdır.

Unudulmuş və ya baxılmamış hesablar aktiv saxlanılan hesablardan daha çox təhlükəyə məruz qalır.

Bunun səbəbi, köhnə hesabların tez-tez köhnəlmiş və ya təkrar istifadə edilmiş parollara etibar etməsi və iki faktorlu autentifikasiyanın qurulması ehtimalının on dəfə az olmasıdır.

Son təhlillər göstərir ki, sındırılmış Gmail hesabları darkweb-də 60 dollara satılır.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az