ABŞ, avqustun 1-dən etibarən Cənubi Afrikadan idxal etdiyi məhsullara 30% əlavə rüsum tətbiq edəcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Afrika Mərkəzi Bankının prezidenti Lesetja Kqanyaqo, bu tədbirin kənd təsərrüfatı və avtomobil sektorlarına böyük ziyan vuracağını və nəticədə 100 min iş yerinin itirilməsinə səbəb ola biləcəyini bildirib.
Keçən il ABŞ-yə 8,2 milyard dollar ixrac edən Cənubi Afrika, ABŞ-nin ikinci ən böyük ticarət tərəfdaşıdır. Cənubi Afrikada işsizlik 2025-ci ilin ilk rübündə 32,9%-ə, gənclər arasında isə 46,9%-ə yüksəlib.