Nüşabə Musayeva: "O rəqsimə görə qardaşım 2 il məni danışdırmadı" - VİDEO

23:12 - 28 Yanvar 2024

Nüşabə Musayeva:

"İllər əvvəl bir rəqs etmişəm, yəni şou göstərmişəm. Bundan sonra hamı məndən danışdı. O rəqsimə görə isə peşman deyiləm. Çünki o rəqsi etməsəydim, bu dəqiqə mən Nüşabə Musayeva olmazdım".

 

Manset.az xəbər verir ki, bu sözləri müğənni Nüşabə Musayeva qonaq olduğu "Zaurla Günaydın" verilişində deyib.

Sənətçi bildirib ki, o qalmaqalll rəqsindən əvvəl 10 il oxusa da, lakin bu qədər tanınmamışdı:

"O zaman o rəqsi etmək lazım idi. Bu gün isə artıq o rəqsi ifa etmək mənə lazım deyil. O rəqsimlə gündəm, reytinq qazandım. Tamaşaçı müğənnidən maraq və şou istəyir. 10 il o rəqsdən əvvəl oxuyurdum, amma məni heç kim tanımırdı. Kişi həmkarlarım Samir Piriyev və Nuri Sərinləndiricinin toylardakı qız müğənnisi idim. Onlardan başqa məni heç kim tanımırdı".

Nüşabə vurğulayıb ki, qardaşı söz-söhbətə və səs-küyə səbəb olan rəqsinə görə 2 il onu danışdırmayıb:

"Deyirdi ki, yığışdır şouları, saçlarını sarıya boyama. O bilir ki, mən pis hərəkətlər eləmərəm. Bu rəqsi də işim, sənətim üçün eləmişəm. Nəyi pisdir ki?".

Qeyd edək ki, ötən il Nüşabə qızı Elnarəyə dəmdəskahlı və dəbdəbəli toy mərasimi keçirib. Nüşabənin Elnarədən başqa daha bir qız övladı var. (bizim media)


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin