Teleqraf saytının rəhbəri Aynur Camalqızı Manset.az xəbər
portalının həmtəsisçisi və baş redaktoru Əli Vəliyevi məhkəmə verib.
Manset.az xəbər verir ki, Camalın qızı Aynur Əli Vəliyevdən
xüsusi ittiham qaydasında Xətai Rayon Məhkəməsinə müraciət edib. Hakim Fuad
Axundovun sədrliyi ilə keçirilən proses martın 18-də baş tutacaq.
Hazırlıq iclası ötən həftə keçirilsə də, Aynur Camal prosesdə iştirak
etməyib. İddia xüsusi ittiham qaydasında olduğu üçün hakim iddiaçının şəxsən
iştirakının zəruriliyini bildirib.
Martın 18-də keçiriləcək prosesdə hakimin tələbi ilə Camalın qızı Aynur şəxsən
məhkəməyə gətirilir.
Qeyd edək ki, Aynur Camal rəhbəri olduğu saytlarda Manset.az xəbər portalının istehsalı olan özəl xəbərləri istinadsız yayımlayıb. Bu barədə ona dəfələrlə xəbərdarlıq edilsə də, həmin addımlarını yenə davam etdirib. Bütün bu hadisələr fonunda həm saytın özəl xəbərlərini istinadsız yayımlaması, həm də portalın baş redaktoru Əli Vəliyevi məhkəməyə verməsi onun “peşəkar” fəaliyyətindən xəbər verir.
Fotoda Əli Vəliyev