V Antalya Diplomatiya Forumu çərçivəsində baş tutan panel müzakirələrindən sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Manset.az xəbər portalının baş redaktoru Əli Vəliyevə açıqlama verib.
Prezident açıqlamasında Antalya Diplomatiya Forumunu yüksək səviyyədə qiymətləndirib:
"Antalya Diplomatiya Forumu çox yüksək səviyyədə təşkil olunub. Əla müzakirələr gedir. Panel müzakirələr çox gözəl təşkil edilib. Dost, qardaş Azərbaycana salamlar", - deyə Prezident bildirib.
Manşet.az