Orxan Qurbanov vəzifəyə görə soyadını dəyişib? - AÇIQLAMA

11:38 - 23 Aprel 2026

Orxan Qurbanov vəzifəyə görə soyadını dəyişib? - AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) sensasiya hadisə baş verib.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Qurbanov Orxan Ənvər oğlu öz soyadını dəyişib. Onun bu addımı qurumun əvvəlki rəhbəri Vüqar Qurbanovla qohum olduğu üçün atdığı iddia edilir.

Onun soyadını dəyişərək Ənvərli etməsi öz vəzifəsini qoruması ilə əlaqələndirilib. 

Məsələ ilə bağlı Manset.az xəbər portalı adıçəkilən Orxan Qurbanovla əlaqə saxlayıb. O, məlumatı təsdiqləyib:

“Mən soyadımı dəyişə bilmərəm? İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun. Ona görə dəyişib atamın adını götürmüşəm. Vüqar Qurbanovun isə qohumu deyiləm".

Daha sonra əməkdaşımızın “soyadınızı Vüqar Qurbanovun məsləhəti ilə dəyişmisiniz?” sualına isə cavab verməyib.


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az