logo
logo logo
logo

Zaur Kamalın yerinə verilişini oğlu və bu müğənni aparacaq - YENİLƏNDİ

18:55 - 28 Aprel 2026

Zaur Kamalın yerinə verilişini oğlu və bu müğənni aparacaq - YENİLƏNDİ

Manset.az-ın əldə etdiyi daha bir məlumata görə, Zaur Kamalın layihə rəhbəri olduğu  "Axşam 7"də verilişinin digər aparıcısı Z.Kamalın oğlu Bartu olacaq. 

Artıq dünən proqramın ilk çəkilişləri həyata keçirilib.

Verilişin qonaqları Ceyhun Qala, Rəşad İlyasov, Sevda Yahyayeva, Mərdan Kazımov olub. Proqramın aparıcılığını xanəndə Gülzar Fərəcova ilə Bartu edib. Lakin bu, sınaq çəkilişləri olduğu üçün Bartunun proqramı daimi aparacağı hələ ki bilinmir.

***

12:56

Ötən gün Zaur Kamalın ARB kanalında yeni layihəsinin yayımlanacağı barədə məlumat vermişdik. Yayılan xəbərdə Zaur Kamal verilişi özünün aparacağını rəsmi şəkildə təsdiqləmişdi. Daha sonra kanalın direktor müavini Vüsalə Vəliyeva saytımıza özəl açıqlama verərək yeni layihənin olacağını, lakin Zaurun efirdə olmayacağını bildirmişdi.


Manset.az-ın əldə etdiyi məlumata görə, ARB-də Zaur Kamalın verilişinin yerinə yayımlanacaq layihənin adı “Axşam 7"də olacaq. Proqramı tanınmış xanəndə, 4-cü muğam müsabiqəsinin laureatı Gülzar Fərəcova aparacaq. Verilişin konsepsiyası milli musiqinin daha geniş təbliği və keçmişdən bu günə qədər qorunan adət-ənənələrin tanıdılmasına yönələcək.

Qeyd edək ki, ötən ay tanınmış aparıcılar Zaur Baxşəliyevin təqdimatında olan “Bizimləsən” və Zaur Nəbioğlunun “Rəngarəng” verilişləri, eləcə də, Xoşqədəm Hidayətqızı və Zaur Kamalın proqramları efirdən çıxarılıb. 


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az