“Space” TV-yə baş direktor təyin olunan Ayaz Mustafayev AZTV-nin və İTV-nin London bürosunda çalışıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, yeni baş direktor Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültələrini fərqlənmə diplomu ilə bitirib. Daha sonra Malta Universiteti nəzdində Aralıq dənizi Diplomatik Akademiyasında magistr təhsili alıb. Həmçinin ADA Universitetində proqram üzrə məzundur.
Əmək fəaliyyətinə Xarici İşlər Nazirliyində başlayıb. Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrdə çalışıb. Son təyinatdan əvvəl isə Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib.