“Keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışı təmin olunub” - Anar Quliyev

13:27 - 22 May 2026

“Keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışı təmin olunub” - Anar Quliyev

“Azərbaycan ölkə üzrə milli yenidənqurma gündəmini əks etdirən 41 təşəbbüsü başa çatdırıb”. 


Manset.az xəbər verir ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyasının yekun mətbuat konfransında çıxış edən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycanın şəhərsalma və yenidənqurma sahəsində həyata keçirdiyi genişmiqyaslı işlər barədə məlumat verib.

O bildirib ki, bu çərçivədə ölkədə genişmiqyaslı şəhər yenilənməsi həyata keçirilir, şəhərlər müasirləşdirilir, infrastruktur genişləndirilir, mənzil təminatı yaxşılaşdırılır, iqlim dayanıqlılığı gücləndirilir və daha ağıllı, inklüziv icmalar formalaşdırılır.

Anar Quliyev qeyd edib ki, hazırda azad edilmiş ərazilərdə dünyada ən iddialı yenidənqurma layihələrindən biri həyata keçirilir. Şəhər və kəndlər dayanıqlılıq, ağıllı planlaşdırma prinsipləri əsasında yenidən qurulur.

Onun sözlərinə görə, ölkə öz maliyyə resursları və milli imkanları hesabına Böyük Qayıdış Proqramı çərçivəsində 12 şəhəri və 300-dən çox kəndi tamamilə yenidən inşa edib, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışı təmin olunub.

Bildirilib ki, təxminən 110 şəhər, qəsəbə və kənd üzrə baş planlar artıq təsdiqlənib, daha 12 yaşayış məntəqəsi üzrə planlar isə hazırda hazırlanma mərhələsindədir.


Fidan Vəlisoy 

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az