“Qlobal mənzil böhranına qarşı tərəfdaşlığı genişləndirməyə çağırırıq” - Anar Vəliyev

16:43 - 22 May 2026

“Qlobal mənzil böhranına qarşı tərəfdaşlığı genişləndirməyə çağırırıq” - Anar Vəliyev

“ “UN-Habitat”ın 10 illiyinin qeyd olunduğu bir ildə üzv dövlətləri həyata keçirməni sürətləndirməyə, təşkilatın funksiyalarını gücləndirməyə və qlobal mənzil böhranına qarşı tərəfdaşlığı genişləndirməyə çağırırıq”. 


Manset.az xəbər verir ki, bu fikirləri Anar Vəliyev Bakıda keçirilən World Urban Forum 13-ün bağlanış mərasimində çıxışı zamanı səsləndirib.

O bildirib ki, UN-Habitat Assambleyasının 2026–2029-cu illər üzrə fəaliyyət planı mənzil sahəsində tədbirlərin genişləndirilməsi üçün mühüm yol xəritəsi rolunu oynayır. Çıxışda hər kəs üçün əlçatan mənzil məsələləri üzrə ekspert işçi qrupunun yaradılmasının da vacib addım olduğu vurğulanıb.

Anar Vəliyev qeyd edib ki, üzv dövlətlər və maraqlı tərəflər işçi qrupunda fəal iştirak etməyə, ekspert və praktikləri prosesə cəlb etməyə təşviq olunur. Onun sözlərinə görə, bu yanaşma inklüziv iştirakın təmin olunmasına və kifayət qədər təmsil olunmayan qrupların prosesdə daha fəal təmsilinə şərait yaradacaq.

ADA Universitetinin dosenti vurğulayıb ki, 2030-cu ilə geri sayımın başladığı bir dövrdə növbəti onillik Yeni Şəhər Gündəliyinin icrasının sürətləndirilməsi və davamlı şəhərsalma siyasətlərinin gücləndirilməsi baxımından mühüm mərhələ ola bilər.


Fidan Vəlisoy 

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az