Ermənistanda seçkilər üzrə ilkin rəsmi nəticələr AÇIQLANDI

00:36 - 08 İyun 2026

Ermənistanda seçkilər üzrə ilkin rəsmi nəticələr AÇIQLANDI

Ermənistanda parlament seçkiləri üzrə ilk rəsmi nəticələr açıqlanıb.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının 110 seçki məntəqəsi üzrə açıqladığı ilkin nəticələrə görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 57,14 faiz səslə böyük fərqlə liderlik edir.

Nəticələrə əsasən, Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyası 21,43 faiz səslə ikinci yerdə qərarlaşıb. Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 8,21 faiz, “Çiçəklənən Ermənistan” Partiyası isə 5,10 faiz səs toplayıb.

Bundan əvvəl bülletenlərin 5 faizdən çoxunun emalı zamanı da “Vətəndaş Müqaviləsi” Partiyasının 57,14 faiz səslə açıq fərqlə irəlidə olduğu bildirilmişdi.

Səslərin sayılması davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az