logo
logo logo
logo

Manset.az-ın təntənəli yubiley tədbiri keçirildi - FOTOLAR

15:03 - 17 İyun 2026

Manset.az-ın təntənəli yubiley tədbiri keçirildi - FOTOLAR

Ötən gün Manset.az xəbər portalının fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təntənəli yubiley tədbiri keçirilib. Yubiley tədbiri Bakının ən dəbdəbəli məkanlarından biri olan “Sapfir” Sarayında baş tutub.


Tədbirdə yüksəkvəzifəli dövlət rəsmiləri, icra başçıları, deputatlar, ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, media təmsilçiləri və digər tanınmış qonaqlar iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən qonaqlar Manset.az-ın ötən beş il ərzində ölkənin media məkanında qazandığı uğurlardan bəhs edərək, kollektivə gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayıblar. Çıxışlarda portalın operativ, obyektiv və peşəkar fəaliyyəti yüksək qiymətləndirilib.

Rəsmi hissədən sonra yubiley tədbiri möhtəşəm şou proqramı ilə davam edib. Gecədə Xalq artistləri Faiq Ağayev,  Nazpəri Dostəliyeva, Gülyanaq Məmmədova, Əməkdar artist Elza Seyidcahan, Mətanət İsgəndərli, Babək Niftəliyev, tanınmış sənətçilər Rəqsanə İsmayılova, Şəbnəm Tovuzlu, "Xalq Ulduzu" müsabiqəsinin qalibi Mehman Elmanoğlu və digər ifaçılar  tədbirə xüsusi rəng qatıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az