Qax rayonunda yerləşən Yurd Oteldə istirahət edən müştərilərdən birinin xidmətin keyfiyyəti ilə bağlı ciddi narazılığı var.
Bununla bağlı Manset.az-a müraciət edən şikayətçinin sözlərinə görə, ona təqdim olunan otaq istifadəyə yararlı vəziyyətdə olmayıb. İddia edilir ki, otaqdakı telefon və televizor nasaz olub, kondisioner isə ümumiyyətlə işləməyib. Müştərinin bildirdiyinə görə, məhz bu səbəblərdən o, istirahətini yarımçıq qoymaq məcburiyyətində qalıb.
Şikayətdə qeyd olunur ki, texniki problemlərlə yanaşı, otaqda gigiyena ilə bağlı da ciddi çatışmazlıqlar müşahidə edilib. Müştəri təmizlik səviyyəsinin qənaətbəxş olmadığını, bunun isə həm rahatlığına, həm də istirahətinə mənfi təsir göstərdiyini iddia edir.
Yaranmış vəziyyətlə əlaqədar müştəri ödədiyi məbləğin yarısının geri qaytarılmasını tələb edib. Lakin onun sözlərinə görə, otel rəhbərliyi bu tələbi qəbul etməyib və ödənişin geri qaytarılmasından imtina edib.
Manşet.az