“Bu il ərzində 1702 hüquqpozma faktı aşkar edilib”.
Manset.az xəbər verir ki, bu haqda Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük idarəsinin əməkdaşı Orxan Sultanov məlumat verib. Onun sözlərinə görə, 1702 faktdan dördü cinayət xarakterli faktlardır:
“1068 fakt isə inzibati xəta xarakterli faktlardır”, - deyə Orxan Sultanov bildirib.
Verilən məlumatda qeyd olunub ki, 3 fakt üzrə məcburi nişanlanmalı olduğu halda nişanlanmamış siqaretlərin qanunsuz dövriyyəsi aşkar edilib. Eyni zamanda, 1 fakt üzrə gömrük orqanına bəyan edilməmiş, ümumi çəkisi 308,30 karat olan brilyant daşlar aşkar edilib. 3 fakt üzrə isə məcburi nişanlanmalı olduğu halda nişanlanmamış 73 840 ədəd siqaret aşkarlanıb.
Fidan Vəlisoy