Xəbər verdiyimiz kimi, Əməkdar artist Mehriban Xanlarovanın bu gün bir sıra sosial şəbəkələrdə yenidən öz işinə bərpa olunması ilə bağlı Dövlət Başçısına müraciəti ünvanlanıb.
- Manset.az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, Mehriban Xanlarova may ayında nazirlikdə nazir müavini və sektor müdiri ilə birgə qəbul edilib. O yenə də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə qəbul olunması ilə bağlı müraciət edib. Ona öz ərizəsi ilə işdən çıxdığı və həmin vakansiyanın tutulduğu bildirilib, başqa bir teatrda vəzifə təklif edilib. M.Xanlarov isə bu təklifə kobud cavab verərək nazir müavininə və sektor müdirinə təhdidedici ifadələr işlədərək otağın qapısını nazir müavinin üzünə çırparaq oradan ayrılıb.
- Bütün bu hadisələr fonunda Mehriban Xanlarovaya təklif edilən vəzifə ilə razılaşmayıb, yenidən müraciət ünvanlaması ciddi suallar doğurur. Əgər xanım Xanlarovanın həqiqətən işə ehtiyacı varsa və o ehtiyaclar içərisindədirsə ona nə üçün 1 ay öncə təklif edilən vəzifə və yüksək ödənişlərlə razılaşmayıb? Mehriban Xanlarovanın özünün də dediyi kimi peşəkar sənət göstərmək üçün, teatr arenasında olmaq üçün onun hansı teatrda işlə təmin olunmasının nə fərqi var? Əgər həqiqətən sən böyük sənət insanı və sənətkarsansa elə digər teatrlarda da öz sənətini göstərə bilərsən. Görünən odur ki, Mehriban Xanlarovanın ona təklif edilən vəzifə və yüksək maaşla razılaşmayıb yenidən qalmaqallı videomüraciət ünvanlamağının ayrıca səbəbləri var...
- Qeyd edək ki, Əməkdar artist Mehriban Xanlarova bundan əvvəl çalışdığı Akademik Milli Dram Teatrında bədii rəhbərlə yaşadığı qalmaqallar səbəbindən özü ərizə yazaraq istefa verdiyini, işindən ayrıldığını bildirsə də, bugünkü müraciətində nədənsə o, zorla ərizə yazdırılaraq işdən çıxarıldığını bildirib.
Manşet.az