logo
logo logo
logo

NATO-nun gözü Türkiyədə - Gündəmdə hansı mövzular var?

17:41 - 07 İyul 2026

NATO-nun gözü Türkiyədə - Gündəmdə hansı mövzular var?

NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları Türkiyənin paytaxtı Ankarada keçirilən NATO Zirvə Toplantısı çərçivəsində bir araya gəlib. İki gün davam edəcək sammitdə alyansa üzv və onunla tərəfdaşlıq edən ölkələri maraqlandıran bir sıra məsələlər müzakirə olunacaq.

 

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Manset.az-a açıqlamasında bildirib ki, NATO-nun hərbi-siyasi təşkilat olaraq ciddi islahatlara ehtiyacı var:


“NATO ilə bağlı olmaq istəyən yaxud bu hərbi-siyasi blokla perspektivdə əməkdaşlıq etmək istəyən dövlətlər üçün təşkilatdaxili proseslərdə aparılan islahatlar gələcəkdə bu əməkdaşlığa və münasibətlərə müsbət təsir göstərə bilər. O cümlədən, əgər NATO daxilində həyata keçirilən islahatlar Azərbaycan maraqlarının təmin olunmasına, Azərbaycana qarşı yönələn təzyiqlərin azalmasına və digər əhəmiyyətli məsələlərə mənfi təsir göstərməsə, qəbul olunacaq qərarlar Azərbaycan üçün də müsbət nəticələr verə bilər. Təbii ki, NATO kimi bir təşkilatda Türkiyənin olması Azərbaycan üçün həm faydalıdır, həm də Azərbaycanın xarici siyasətdə təcrübə toplaması baxımından səmərəlidir. Türkiyənin NATO-da aparıcı ölkələrdən biri olması bu blokla əməkdaşlıq istiqamətində Azərbaycan üçün yeni istiqamətlər açır. Bu həm də Azərbaycan və Türkiyənin hərbi-strateji əməkdaşlığı sahəsinə təkan verir. Şuşa bəyannaməsinə əsasən, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etməkdədir, amma Türkiyənin vasitəsilə NATO ilə əməkdaşlıq Azərbaycanın hərbi potensialının güclənməsinə təsir göstərə bilər. Bu baxımdan Türkiyənin NATO-da rolu artdıqca Azərbaycan üçün də imkanlar yaranır”.

Siyasi şərhçi qeyd edib ki, Türkiyə və hərbi sənayesi NATO-da gücləndikcə, bu həm Azərbaycanın, həm də Türk Dövlətləri Təşkilatının güclənməsinə böyük təsir göstərə bilər:

“ABŞ NATO-nun başlıca, aparıcı üzvüdür. Əgər ABŞ Cənubi Qafqazla bağlı əsas obyektlərindən biri olan Zəngəzur layihəsini dəstəkləyirsə, bu o deməkdir ki, NATO da Cənubi Qafqazda bu layihəni, ideyanı müdafiə edəcək. Yəni NATO ölkələrinin çoxu Avropa İttifaqının üzvüdür, birlikdə Cənubi Qafqaza yönəlib ortaq mövqedən çıxış edərək siyasət yürüdürlər, bu baxımdan Azərbaycanla NATO arasında münasibətlər Azərbaycanın ayrı-ayrılıqda Avropa İttifaqı ölkələri, eləcə də, ABŞ ilə əlaqələrinin, əməkdaşlığının təşkilatdaxili davamıdır. NATO Zirvəsində, mənə elə gəlir ki, əsasən, islahatları, illik haqqı məsələsini, eləcə də, Avropa ölkələrinin hərbi qüdrətinin artırılması, Yaxın Şərq, İran məsələsi müzakirə edilə bilər. NATO daxilində bu məsələlərə ortaq mövqe açıqlanacaq. Bütün hallarda NATO-nun islahatlara ehtiyacı var”, - deyə S.Soltan fikirlərinə əlavə edib.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az