Cəlilabadda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.
Manset.az xəbər verir ki, bunlar bir ailənin üzvləri Cəlilabad rayonu Şatırlı kənd sakinləri 1985 -ci il təvəllüdlü Kəmalə Rüstəmova, qızları 13 yaşlı Z. Rüstəmova,11 yaşlı İ. Rüstəmova və oğlu 7 yaşlı A. Rüstəmovdur.
***
13:06
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın verdiyi xəbərə görə hadisə rayonun Əsədli kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Toyota Prado" markalı avtomobil idarəetməni itirərək aşıb. Qəza nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar rayon xəstəxanaya hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.