Yay fəslinin sonuna yaxınlaşdıqca çimərlik mövsümünün nə vaxt başa çatacağı da cəmiyyəti maraqlandıran suallardan birinə çevrilib. Məlum olduğu kimi, Azərbaycanda hava proqnozu ilə əlaqədar olaraq bəzi hallarda çimərlik mövsümünün "start" və bağlanış tarixlərində dəyişikliklərin tətbiqi özünü göstərir.
Bəs bu il çimərlik mövsümünün bağlanış tarixinin dəyişmə ehtimalı var?
Bununla bağlı Manset.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Xidmət və Ticarət Departamentindən bildirilib ki, çimərlik mövsümünün sentyabrın 15-də başa çatması nəzərdə tutulur.
Qurumdan verilən məlumatda qeyd olunub ki, qeyd olunan tarix hava şəraitindən asılı olaraq dəyişə bilər, lakin hələ ki belə bir qərar yoxdur.
Beləliklə, mövcud məlumata əsasən, çimərlik mövsümünün başa çatmasına təxminən bir ay qalır. Son qərarın isə hava şəraitindən asılı olaraq dəqiqləşdirilməsi gözlənilir.
Hazırda isə ölkənin rəsmi çimərliklərində mövsüm davam edir.
Qeyd edək ki, Azərbaycanda 2026-cı il çimərlik mövsümünə iyunun 15-dən start verilib.
Fidan Vəlisoy