logo
logo logo
logo

Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO

09:30 - 25 Avqust 2026

Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO

II Qarabağ müharibəsi zamanı şəhid olan kapitan Əliyev Rəşad Əmiralı oğlunun həyat yoldaşı Rəfiqə Əliyeva tələbə adını qazanıb. 


Manset.az-ın əldə etdiyi məlumata görə, Rəfiqə Əliyeva Azərbaycanın ali təhsil müəssisələrindən birinin “İqtisadiyyat” ixtisasına qəbul olub. 


Qeyd edək ki, Kapitan Rəşad Əliyev 2020-ci il noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. O, sağlığında orduda qüsursuz xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" III dərəcəli medalı , "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Əliyev ölümündən sonra "Vətən uğrunda"  və "Hərbi xidmətlərə görə",  29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə də təltif edilib.


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az