Bu gün "Sabah"ın İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyunu baş tutacaq.
Manset.az xəbər verir ki, Bakı təmsilçisi "Sabah" ilk dəfə Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxacaq. İndiyədək "Sabah"ın oyunları Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arenada baş tutub.
"Qarabağ" FK-nın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Manset.az-a açıqlamasında bildirib:
"Klublar arasında qarşılıqlı razılaşma əsasında "Sabah" oyunlarını bu stadionda keçirəcək. "Sabah"ın keçirəcəyi oyun həm ölkəmiz üçün, həm də klubun özü üçün önəmli oyundur. Bu baxımdan razılığa gəlinib".
Qeyd edək ki, Tofiq Bəhramov adına stadiona hazırda "Qarabağ" futbol klubunun rəsmi sərəncamındadır. Klub ev və beynəlxalq oyunlarını orada keçirir. "Qarabağ" 2 gün sonra konfrans liqasındakı "Tvente" ilə oyununu da bu stadionda keçirəcək.
Manşet.az