logo
logo logo
logo

Yağışlı hava nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

15:06 - 29 Sentyabr 2026

Yağışlı hava nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

Azərbaycanda hava şəraiti dəyişib, ölkənin bir sıra ərazilərində yağış yağır.


Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Manset.az-ın sorğusuna cavab olaraq bildirib ki, sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir:


“Sentyabrın 29-dan 30-a keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Oktyabrın 1-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 22-26 dərəcə isti olacağı gözlənilir”.

Gülşad Məmmədova qeyd edib ki, bölgələrdə də sentyabrın 30-da arabir yağış yağacaq:

“Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 29-dan 30-a keçən gecə bəzi şimal rayonlarında yağıntıların güclənəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 30-u gündüz və 1-i gündüz saatlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu aran rayonlarında 25-29, dağlıq ərazilərdə 10-15 dərəcə isti olacaq”.

 

Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az