Tanınmış jurnalist Manset.az xəbər portalının həmtəsisçisi və baş redaktoru Əli Vəliyev Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və TBMM-in keçmiş sədri cənab Binali Yıldırımla özəl videomüsahibə edib.
Manset.az xəbər verir ki, müsahibədə Binali Yıldırım Azərbaycan-Türkiyə münasibətləri, strateji tərəfdaşlıq, sərhədlərin açılması, iki dövlət arasında bağlanan mühüm strateji müqavilələr və bir sıra mühüm məsələlərlə bağlı açıqlamalar verib.
Özəl müsahibə yaxın günlərdə Manset.az xəbər portalında yayımlanacaq.