“Uşaqlar məktəbdə oxuduqları müddətdə məktəbli formasında olmalıdırlar. Bu həm səliqə-sahman, həm də məktəbdə nizam-intizam baxımından vacibdir. Məktəb ilk növbədə elm və bilik məkanıdır. Uşaqlarımız burada savad almalı, tərbiyə görməli, milli dəyərlərimizi və adət-ənənələrimizi öyrənməlidirlər. Öz qədim geyimlərimizi və mədəniyyətimizi də unutmamalıyıq”.
Bunu Bakı Xoreoqrafiya Akademiyasının Xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova Manset.az-a açıqlamasında deyib. O bildirib ki, uşaqların gələcəyi, xüsusilə qızların təhsil alması, savadlı olması, gələcəkdə öz peşəsini seçməsi çox önəmlidir.
“Mənim üçün ən vacib məsələ uşaqlarımızın gələcəyidir. Xüsusilə qızlarımızın təhsil alması, savadlı olması, gələcəkdə öz peşəsini seçməsi və həyatda öz yerini tapması çox vacibdir. İnanıram ki, əsas məqsədimiz uşaqlarımızı həm milli dəyərlərimizə bağlı, həm də müasir düşüncəli, bilikli və tərbiyəli insanlar kimi yetişdirmək olmalıdır”, – deyə T.Muradova qeyd edib.
Fidan Vəlisoy