logo
logo logo
logo

"Dini alət edərək Azərbaycan-Türkiyə münasibətlərini pozanlar seçkidə cəzalandırılacaq" - DEPUTAT

15:00 - 18 Oktyabr 2026

\"Dini alət edərək Azərbaycan-Türkiyə münasibətlərini pozanlar seçkidə cəzalandırılacaq\" - DEPUTAT

“Əgər hər hansı bir siyasi partiya, onun sədri, onun funksiyonerləri bir milli, ya da dini bir dəyəri alverə çevirirsə, demək ki, onlar İslam və onun dəyərləri ilə alver edirlər. İslamı hər bir xalq özü kimi yaşayır. Öz adəti, ənəlləri, milli psixologiyası və milli mentalitetinə uyğun şəkildə yaşayır”.


Bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Türkiyədə AKP hakimiyyəti tərəfindən Azərbaycana qarşı səsləndirilən ittihamları şərh edərkən bildirib.

“Bizim əcdadlarımız da əsirlərdən bəri, Nəsimidən, Nəimidən, Bəhmənyardan bəri dinin fəlsəfəsini zənginləşdirərək, dinin dəyərlərini zənginləşdirərək, dünyaya, İslam fəlsəfəsinə sufizmi, hürufizmi bəxş edərək özünə məxsus dini həyat tərzi və din fəlsəfəsi müəyyənləşdiribdir. Heç vaxt dinin ali dəyərləri alver etməyib.

Bugündə biz dini - İslam dinini öz xalqımız kimi, öz xalqımızın mənimsədiyi kimi yaşayırıq. Ona görə də kim bizim milli hisslərimizlə alver edirsə, o həm siyasi alverçidir, həm də din alverçisidir, din dəllalıdır".

Deputat düşünür ki, Türkiyədəki hakim dairələr bu mövqədən çəkinməlidirlər və Türkiyə-Azərbaycan münasibətlərini istismar etməməlidirlər.

"Hakimiyyətdə bugünkü dini zehniyyət sabahki milli zehniyyətlə əvəzlənə bilər, növbəti gün başqa bir siyasi cərəyan zehniyyəti üstün ola bilər. Amma bütün bunlara baxmayaraq, Türkiyə-Azərbaycan münasibəti həmişə yaxşı olmağa məhkumdur. Kim dini alət edib bizim Türkiyə-Azərbaycan münasibətlərini pozursa, onu çox da uzaq olmayan gələcəkdə - seçkidə elə türk xalqının özü cəzalandıracaqdır”, - deyə H.Babaoğlu fikirlərini yekunlaşdırıb.


Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az