logo
logo logo
logo

“XII Bakı Beynəlxalq Kitab Sərgisi uşaqlara həsr olunacaq” - Vasif Qurbanzadə 

11:22 - 19 Oktyabr 2026

“XII Bakı Beynəlxalq Kitab Sərgisi uşaqlara həsr olunacaq” - Vasif Qurbanzadə 

“Bu il keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi uşaqlara həsr olunacaq”. 


Manset.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin “XII Bakı Beynəlxalq kitab sərgisi”nə həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, hər il Bakı Kitab Sərgisinin özünəməxsus mənası olur və builki sərginin əsas mövzusu uşaqlar, gələcək nəsillərdir.

Şöbə müdiri vurğulayıb ki, bu gün Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş dövlət kimi XII Bakı Beynəlxalq Kitab Sərgisini uşaqlara həsr etməsi keçmişlə bu gün arasındakı fərqi və ölkənin əldə etdiyi inkişafı göstərir.

O qeyd edib ki, kitab sərgisi Azərbaycan kitablarının xaricdə tanıdılması və yerli oxuculara təqdim olunması baxımından dövlətin həyata keçirdiyi siyasətdə mühüm yer tutur.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az