Bir neçə ay bundan əvvəl Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi vəzifəsindən azad olunan general-mayor Azər İbrahimov yeni vəzifəyə təyin olunub.
Manset.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə məlumatı DSX-dəki mənbə bildirib.
Məlumata görə, bundan sonra Azər İbrahimov Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin müşaviri vəzifəsində işləyəcək.