“Əməkdar elm xadimi, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi hər il aprelin 15-də Azərbaycan xalqı tərəfindən sonsuz hörmət və ehtiramla anılır. Zərifə Əliyeva Azərbaycan tibb elminin, xüsusən də oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verən akademiklərimizdən olub.“
Bu fikirləri görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar Manset.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
O, bildirib ki, 1967-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında fəaliyyətini davam etdirən Zərifə xanım Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrinədək yüksəlib, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb. “Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Həmin dövrdə Zərifə xanımın diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – gözün peşə patologiyası cəlb edir. Zərifə Əliyeva bu sahənin ilk tədqiqatçısı olur. Dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyasını yaradan Zərifə xanım elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyur. Bakı məişət kondisionerləri zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, iri sənaye müəssisələrinin işçilərinin müalicəsi də aparılırdı. Zərifə xanım Əliyeva müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verildi.”
K.Qafarov bildirib ki, Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti oftalmologiyanın inkişafına misilsiz töhfələr verib: “Təsadüfi deyil ki, Zərifə xanım Əliyevanın əziz xatirəsi respublikamızda olduğu kimi, Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda da səhiyyə, elm sahəsində çalışan minlərlə insanın qəlbində yaşamaqdadır. Bu, ilk növbədə, Zərifə xanımın oftalmologiya sahəsində geniş elmi axtarışları və tədqiqatları ilə bağlıdır. Məlumdur ki, görkəmli alim tibb elmində, təcrübi səhiyyədə son dərəcə əhəmiyyətli əsərlər yazıb. Bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyevanın elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial əhəmiyyəti də olduqca böyük idi. Zərifə xanımın məhz bu sahədə xidmətləri, fəaliyyəti də yüksək qiymətləndirildi və o, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçildi. Xüsusilə vurğulamaq lazımdır ki, bu gün də Zərifə Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur.”
K.Qafarov görkəmli akademikimizin milli tibb kadrlarının yetişmələrində əhəmiyyətli rolunu xüsusi vurğulayıb: “Zərifə xanım Əliyevanın elmi fəaliyyətini səciyyələndirən əsas cəhətlərdən biri də görkəmli alimin gənc həkimlərin yetişməsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etməsidir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Akademik Zərifə xanım Əliyevanın yetişdirdiyi həkimlər bu gün Azərbaycan səhiyyəsinin inkişafına misilsiz töhfələr verir, minlərlə insana sağlamlıq bəxş edirlər”.
"Zərifə xanım Əliyevanın xatirəsi qəlbimizdə daim yaşayır"- Kəmaləddin Qafarov
10:43 - 15 Aprel 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
31 Avqust 2026 - 11:42
Prezidentlə xanımı Qırğızıstandadır - FOTOLAR
31 Avqust 2026 - 13:45
İlham Əliyev Paşinyanla görüşünə dair paylaşım etdi
31 Avqust 2026 - 15:05
İlham Əliyevlə Paşinyan Bişkekdəki görüşdə nələri müzakirə etdi?
30 Avqust 2026 - 22:34
Bu ölkədə 3 günlük matəm elan edildi
31 Avqust 2026 - 19:12
Prezident Putinlə ayaqüstü söhbət etdi - FOTOLAR
30 Avqust 2026 - 21:54
Bu ərazidə işıq olmayacaq
31 Avqust 2026 - 10:13
Pensiyalar bu tarixdə artırılacaq
30 Avqust 2026 - 23:33
"Vicdansız media" - Trampdan sərt ittihamlar
30 Avqust 2026 - 21:44
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin sərgisində - FOTO
30 Avqust 2026 - 23:36
"Neftçi" məğlub oldu
31 Avqust 2026 - 00:00
"İran televiziyasına baxmıram, görəndə əsəbiləşirəm"
30 Avqust 2026 - 22:48
Trampın komandası dağılır - Yüksəkvəzifəli şəxslər istefa verir
Xəbər xətti
- 31 Avqust 2026
- 21:17 Tibbdə oxşarı olmayan əməliyyat həyata keçirildi
- 21:14 Ali Məhkəmədə Çinin Baş prokuroru ilə görüş keçirildi - FOTO
- 21:02 İstanbulda “Məkkə sazişi” ilə bağlı ilk görüş başa çatdı
- 20:52 Prezident və xanımı 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində - FOTOLAR - YENİLƏNİB
- 20:43 Qeyri-sabit hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
- 20:21 Bakıya dolu yağacaq
- 20:17 "Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
- 20:04 "Dünya Köçəri Oyunlarında komandamıza uğurlar arzulayırıq" - Hikmət Hacıyev
- 19:54 "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi
- 19:47 Türkiyədə strateji ehtiyatlar üçün yeni addım - Qərar verildi
- 19:44 “Əla İstisu var, özümlə gətirmişəm” - Əliyevlə Pezeşkianın səmimi dialoqu
- 19:37 Lionel Messi milli komanda ilə vidalaşdı
- 19:32 Şuşa-Laçın yolunda bədbəxt hadisə - Ölənlər var
- 19:28 ABŞ və İran arasında qarşılıqlı zərbələr - 2 ölü, 8 raket vuruldu
- 19:16 Bu ölkədə vəba yayılır - 65 minə yaxın şübhəli hal
- 19:12 Prezident Putinlə ayaqüstü söhbət etdi - FOTOLAR
- 19:05 Ani daşqın nəticəsində 1 nəfər öldü - İtkinlər var
- 18:54 Əliyevlə Pezeşkianın görüşü keçirildi - FOTOLAR - YENİLƏNİB
- 18:44 Maşın yol tikintisi ərazisinə düşdü - 3 nəfər öldü
- 18:30 “İran uğursuz dövlətdir”
- 18:21 Sumqayıt sakini bıçaqlandı - 71 yaşlı atası saxlanıldı
- 18:12 Magistraturaya boş qalan yerlərin nəticələri elan olundu
- 17:50 Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq
- 17:33 Bakının bu hissəsində su olmayacaq
- 17:14 Prezidentin Tokayevlə görüşü keçirildi - FOTOLAR - YENİLƏNİB
- 17:00 Azercell-in dəstəyi ilə 100 gənc qadın sahibkarlıq və liderlik bacarıqlarını inkişaf etdirdi
- 16:50 "Semaşko"nun mətbuat katibi işdən çıxdı
- 16:30 Təhsil işçiləri sentyabr konfransında bir araya gəldi - FOTOLAR
- 16:12 Rəşad Sadıqovdan "Zirə"də tarixi göstərici
- 15:53 Ayı tövləyə girdi - 144 baş heyvan öldü
- 15:34 Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
- 15:25 DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
- 15:05 İlham Əliyevlə Paşinyan Bişkekdəki görüşdə nələri müzakirə etdi?
- 14:58 “Qəbələ” baş məşqçisi ilə yollarını ayırdı
- 14:38 Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma aparır
- 14:21 Kolleclərə qəbul müddəti uzadıldı
- 14:15 Anbardan 70 min manatlıq oğurluq edənlər saxlanıldı
- 13:45 İlham Əliyev Paşinyanla görüşünə dair paylaşım etdi
- 13:40 Baş məşqçi vəzifəsindən getdi
- 13:34 Sentyabrın ilk günü hava necə olacaq?
- 13:05 İlham Əliyevlə Paşinyan arasında görüş keçirildi - VİDEO
- 13:00 Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi - ANBAAN GÖRÜNTÜ
- 12:25 Azərbaycanlı jurnalistlər Bişkekdə - VİDEO
- 12:18 "Qarabağ"da növbəti ayrılıq - FOTO
- 11:59 Sentyabrda hava necə olacaq?
- 11:42 Prezidentlə xanımı Qırğızıstandadır - FOTOLAR
- 11:37 Sabiq icra başçısının həbs müddəti uzadıldı
- 11:24 Prezident onları təbrik etdi
- 11:00 Bu ərazilərə yağış yağır
- 10:53 İlham Əliyev həmkarına başsağlığı verdi
- 10:44 Bu qəsəbədə hamı hamam xalatında gəzir