“Əməkdar elm xadimi, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi hər il aprelin 15-də Azərbaycan xalqı tərəfindən sonsuz hörmət və ehtiramla anılır. Zərifə Əliyeva Azərbaycan tibb elminin, xüsusən də oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verən akademiklərimizdən olub.“
Bu fikirləri görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar Manset.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
O, bildirib ki, 1967-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında fəaliyyətini davam etdirən Zərifə xanım Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrinədək yüksəlib, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb. “Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Həmin dövrdə Zərifə xanımın diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – gözün peşə patologiyası cəlb edir. Zərifə Əliyeva bu sahənin ilk tədqiqatçısı olur. Dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyasını yaradan Zərifə xanım elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyur. Bakı məişət kondisionerləri zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, iri sənaye müəssisələrinin işçilərinin müalicəsi də aparılırdı. Zərifə xanım Əliyeva müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verildi.”
K.Qafarov bildirib ki, Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti oftalmologiyanın inkişafına misilsiz töhfələr verib: “Təsadüfi deyil ki, Zərifə xanım Əliyevanın əziz xatirəsi respublikamızda olduğu kimi, Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda da səhiyyə, elm sahəsində çalışan minlərlə insanın qəlbində yaşamaqdadır. Bu, ilk növbədə, Zərifə xanımın oftalmologiya sahəsində geniş elmi axtarışları və tədqiqatları ilə bağlıdır. Məlumdur ki, görkəmli alim tibb elmində, təcrübi səhiyyədə son dərəcə əhəmiyyətli əsərlər yazıb. Bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyevanın elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial əhəmiyyəti də olduqca böyük idi. Zərifə xanımın məhz bu sahədə xidmətləri, fəaliyyəti də yüksək qiymətləndirildi və o, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçildi. Xüsusilə vurğulamaq lazımdır ki, bu gün də Zərifə Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur.”
K.Qafarov görkəmli akademikimizin milli tibb kadrlarının yetişmələrində əhəmiyyətli rolunu xüsusi vurğulayıb: “Zərifə xanım Əliyevanın elmi fəaliyyətini səciyyələndirən əsas cəhətlərdən biri də görkəmli alimin gənc həkimlərin yetişməsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etməsidir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Akademik Zərifə xanım Əliyevanın yetişdirdiyi həkimlər bu gün Azərbaycan səhiyyəsinin inkişafına misilsiz töhfələr verir, minlərlə insana sağlamlıq bəxş edirlər”.
"Zərifə xanım Əliyevanın xatirəsi qəlbimizdə daim yaşayır"- Kəmaləddin Qafarov
10:43 - 15 Aprel 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
19 Oktyabr 2026 - 09:15
Bakıda güclü külək, bəzi rayonlarda yağış gözlənilir - PROQNOZ
19 Oktyabr 2026 - 01:00
Nürnberq edamlarından 80 il keçdi - Əsas müttəhimlərin başına nə gəlib?
19 Oktyabr 2026 - 11:25
Anar Bayramov Səhiyyə naziri təyin edildi - SƏRƏNCAM
19 Oktyabr 2026 - 15:25
Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar
19 Oktyabr 2026 - 00:30
Putinin paytaxtında ev qiymətləri astronomik həddə çatdı
19 Oktyabr 2026 - 11:24
Teymur Musayev Baş nazirin müavini təyin olundu - SƏRƏNCAM
19 Oktyabr 2026 - 11:24
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN
19 Oktyabr 2026 - 16:10
Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı
19 Oktyabr 2026 - 10:40
Onların pensiyası sabit əlavələrlə artırılacaq
19 Oktyabr 2026 - 12:50
Azərbaycanda kimlərin maaşının artacağı məlum oldu
19 Oktyabr 2026 - 09:07
DSX əsgərinin güllələnməsinə görə 2 nəfər həbs edildi
19 Oktyabr 2026 - 11:06
Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə
Xəbər xətti
- 20 Oktyabr 2026
- 00:02 Zəngilanın azad edilməsindən 6 il ötür
- 19 Oktyabr 2026
- 23:59 Leyla Əliyeva Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertində - FOTOLAR
- 23:51 Ronaldo Portuqaliya millisinin oyunlarından uzaqlaşdırıldı
- 23:47 Leyla Əliyeva əfsanəvi qrupun şousunu izlədi - FOTOLAR
- 23:34 “Trabzonspor” “Beşiktaş”ı məğlub etdi
- 23:26 Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzində - FOTOLAR
- 23:14 “Utandırdınız bizi, bunu çoxdan etməli idik...” - VİDEO
- 22:52 "Zəngilan “Böyük Qayıdış” strategiyasının ən parlaq nümunəsidir"
- 22:38 Leyla Əliyeva Oğulcahan Atabayeva ilə görüşdü - FOTOLAR
- 22:21 Pezeşkian Lavrovla müzakirə apardı
- 22:05 "Sabah"ın oyununa gedənlərin NƏZƏRİNƏ - Pulsuz avtobuslar işləyəcək
- 21:44 Yavər Şıxəliyev vəfat etdi
- 21:23 “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
- 21:12 “Sülh hələ də kövrəkdir” - İlham Əliyev - VİDEO
- 20:51 Etirazlar fonunda Fransa istiqrazları, səhmləri və avro ucuzlaşdı
- 20:33 Sərnişinin səhhətində problem yarandı - Bakıya təcili eniş etdi
- 20:16 Azərbaycan və BƏƏ HHQ komandanları görüşdülər - FOTO
- 19:54 ""Sabah"ı yaxşı təhlil etmişik" - "Borussiya"nın baş məşqçisi
- 19:33 Mal-qara otaran kişini ildırım vurdu - Qazaxda bədbəxt hadisə
- 19:17 Türkiyədə yaşayan 7 nəfər beynəlxalq axtarışa verildi - RƏSMİ
- 18:52 Azərbaycanın sağlamlıq turizmi “Kurort” QSC tərəfindən Özbəkistanda təbliğ edilib - FOTOLAR
- 18:44 "“44” filmi məndə çox böyük təəssürat yaratdı" - Rafiq Əzimov
- 18:29 “Sabah”ın oyununa görə bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLİR
- 18:11 Leyla Əliyeva Türkmənistandadır - FOTOLAR
- 17:59 Küləkli hava şəraiti neçə gün davam edəcək?
- 17:52 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi
- 17:46 Yoluxucu xəstəliklərlə bağlı həyəcan - Mütəxəssislərdən vacib xəbərdarlıq
- 17:43 “Barselona”nın 4 futbolçusu PSJ ilə oyunu buraxacaq
- 17:37 DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
- 17:30 Mətbuat Şurasından Türkiyənin media qurumlarına Çağırış
- 17:23 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
- 17:12 "20 oktyabr 2020-ci il tarixində şanlı Zəfərimizin Zəngilan səhifəsi yazıldı" - Vüqar Rəhimzadə
- 17:00 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanıldı
- 16:51 Azərbaycanda yumurta bahalaşdı - VİDEO
- 16:44 Bəzi müəllimlərə maaş əlavəsi verilə bilər - AÇIQLAMA
- 16:35 Ramiz Mehdiyev AMEA-dan da çıxarılır
- 16:29 Əhmədlidəki ağır qəzanın ANBAAN VİDEOSU
- 16:21 Azərbaycanda informasiya imkanları genişlənir - Azad söz, güclü cəmiyyət
- 16:18 Baş nazirin müavinlərinin sayı 4 oldu
- 16:10 Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı
- 16:00 Pensiya alanlara ŞAD XƏBƏR
- 15:52 “Sabah” – “Barselona” matçının biletləri satışda
- 15:46 Almaniya və İran arasında gərginlik artır - İranın səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
- 15:45 Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi - Günəş panelləri qurulur
- 15:34 Etirazlar səbəbi ilə Luvr bağlandı
- 15:25 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar
- 15:23 Tel-Əvivdə bomba xəbərdarlığı - Sərnişin təyyarəsi təcili eniş etdi
- 15:17 Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkarlandı - FOTO
- 15:08 Nadir rast gəlinən xərçəng növləri açıqlandı
- 14:56 Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı
- 14:48 “44”ün nümayişi zamanı çəkiliş aparanlar cəzalandırılacaq