Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl yüklü vaqonlar bu gün Bakıdan yola salınıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, ümumi çəkisi 488 ton olan 7 ədəd taxıl yüklü vaqon Ermənistana göndərilib.
Xatırladaq ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 21 min tondan çox taxıl (bugünkü 488 ton daxil olmaqla) göndərilib.
***
09:15
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.
Manset.az xəbər verir ki, Ermənistana göndəriləcək taxılın ümumi çəkisi 488 tondur.
Daha sonra qatar "Böyük Kəsik" stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Qeyd edək ki, sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.