logo
logo logo
logo

Azərbaycandan İrana göndərilən humanitar yardım dövlət sərhədindən keçib - FOTO - YENİLƏNİB

15:12 - 04 Aprel 2026

Azərbaycandan İrana göndərilən humanitar yardım dövlət sərhədindən keçib - FOTO - YENİLƏNİB

Azərbaycandan İrana yola salınan humanitar yardım Astara dövlət sərhədinin buraxılış məntəqəsindən keçib.


Manset.az Report-a istinadən xəbər verir ki, humanitar yardım 10 yük avtomobili vasitəsilə İrana yola salınıb.

***

14:16

Azərbaycandan İrana yola salınan növbəti humanitar yardım Azərbaycan-İran sərhədinə çatıb.


Manset.az Report-a istinadən xəbər verir ki, humanitar yardımı daşıyan yük avtomobilləri "Cənub-Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olublar.

***

09:31

Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınıb.


Manset.az Report-a istinadən xəbər verir ki, İrana göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.

Bunun 190 tonu ərzaq və qida məhsulları, 7 tonu dərman vasitələri, 3 tonu isə tibbi ləvazimatlardır.

Humanitar yardım 10 yük avtomobili vasitəsilə göndərilir.

Qeyd edək ki, bu, fevralın 28-dən bəri Azərbaycanın İrana göndərdiyi sayca 3-cü humanitar yardımdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az